Vaksin vurduran tələbələr nə üçün kütləvi koronavirusa yoluxur? - AÇIQLAMA

Vaksin vurduran tələbələr nə üçün kütləvi koronavirusa yoluxur? - AÇIQLAMAUniversitetlərdə dərslər başlamamışdan əvvəl tələbələr üçün COVID pasportu ilə bağlı tələb qoyuldu. Bundan sonra əyani təhsil alan bütün tələblər təhsil ocaqlarına yalnız COVID pasportu ilə buraxılmağa başlanıldı.

Teleeber.az xəbər verir ki, dərslərin yenidən başlamasından az müddət keçməsinə baxmayaraq universitetlərdə kütləvi yoluxma hallarına rast gəlinir.
Tələbələrin çoxunun peyvənd vurdurmasına baxmayaraq koronavirusa yoluxması geniş müzakirə olunan məsələrdən biridir. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov "ARB24"də yayımlanan "İş vaxtı" verilişində bu məsələyə aydınlıq gətirib:

"Peyvəndin olması yoluxmaları artırmayıb. Əksinə peyvənd sayəsində məktəblər, ictimai iaşə obyektləri və digər yerlər açılıb. Təhsil ocaqlarında yoluxma ona görə artır ki, bunu dəfələrlə bildirmişik və peyvəndlər yoluxmanın qarşısını almır.

Peyvəndlər yoluxma zamanı bədəndə həmin xəstəliyə qarşı müqavimətin daha güclü olmasına səbəb olur. Real nəticələr onu göstərir ki, xəstəxanalarda son 6 ay ərzində həyatını itirənlərin böyük bir əksəriyyəti peyvənd olunmamış və ya lazımsız dərman vasitələrini uyğun olmayan zamanda qəbul edən insanlardır".
Популярный ролик