Azərbaycan Baş Prokurorluğunun əməkdaşı Bolqarıstanda səfərdə olub
- 09.12.2021, 09:46,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Cari ilin 30 noyabr - 1 dekabr tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində İnterpolun “Geiger” layihəsinin İşçi qrupunun Qara Dəniz, Qafqaz və Mərkəzi Asiya regionlarının müvafiq strukturlarının nümayəndələri ilə görüşü keçirilib.
Baş Prokurorluqdan Telexeber.az-a verilən məlumata görə, radioloji və nüvə terrorçuluğu ilə mübarizə məsələlərini əhatə edən “Geiger” layihəsi üzrə işçi qrupun məqsədi, regional və qlobal səviyyələrdə məlumat mübadiləsini artırmaqla radioloji və nüvə terrorçuluğu təhlükəsinin qarşısının alınmasında üzv ölkələrə yardım etməkdən ibarətdir.
Tədbirdə təqdimatla çıxış edən Azərbaycan Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Kamran Həsənov ölkəmizin terrorçuluğa qarşı mübarizəyə fəal töhfə verdiyi qeyd edərək, dövlətin hüquq mühafizə sistemi haqqında ətraflı məlumat verib, milli qanunvericilikdə terrorçuluq, radioaktiv materiallarla qanunsuz davranma, onların talanması və hədə-qorxu ilə tələb edilməsi ilə bağlı işlərin ibtidai istintaqı zamanı prokurorluğun rolu və üzərinə düşən vəzifələr haqqında danışıb.
Görüşün yekununda Interpol nümayəndələri ilə ikitərəfli görüş keçirilmiş və “Geiger” layihəsi çərçivəsində yaradılacaq Analitik altqrupun gələcək əməkdaşlıq istiqamətlərinin perspektivləri müzakirə edilib.