Abşeronda 3 nəfər kirayə yaşadıqları evdə ölüb
- 07.01.2022, 13:49,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Abşeron rayonunda 3 nəfər dəm qazından boğularaq ölüb.
Telexeber.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə yanvarın 6-da rayon ərazisində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, 1965-ci il təvəllüdlü Gülağa Əliyev, 1966-cı il təvəllüdlü Akif Nərimanov və 1981-ci il təvəllüdlü Elşən Alışov kirayə yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.