Gəncədə tələbələr dəm qazından zəhərləndi
- 11.02.2022, 10:43,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
Telexeber.az-ın APA-ya istinadla məlumatına görə 2000-ci il təvəllüdlü N.Əhmədova və 1999-cu il təvəllüdlü G.Əliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstələrə tibbi yardım göstərilib,vəziyyətlərinin kafi olduğu bildirilir.
İlkin məlumata görə onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Onların tələbə olduğu bildirilir.