Azərbaycanda "ağıllı" arı qutuları istehsal ediləcək

Azərbaycanda "ağıllı" arı qutuları istehsal ediləcəkAzərbaycan Milli Elmlər Akademiyasına (AMEA) məxsus "Yüksək Texnologiyalar Parkı" MMC-nin (YTP) yeni rezidenti “BEYT” MMC "Ağıllı" (“Smart”) arı qutularının istehsalına hazırlaşır.

Telexeber.az-a YTP-dən verilən məlumata görə, bu qutularda temperatur, rütubət, işıq, atmosfer təzyiqini ölçən sensorlar, məhsulun həcmini ölçən tərəzi yerləşdiriləcək, onların yerləşməsi və açılıb-bağlanması ilə bağlı məlumatlarını fermerə ötürəcək proqram təminatı hazırlanacaq.
İstehsal prosesində ilkin mərhələdə 20 nəfər cəlb olunacaq və ildə 500 min ədəd "ağıll" qutu ərsəyə gətiriləcək. Bu isə işğaldan azad edilmiş bölgələrdə yeni innovativ texnologiyaların tətbiqi ilə arıçılığı intensiv yollarla qısa müddətdə inkişaf etdirməyə imkan yaradacaq.

EYT” MMC-nin icraçı direktoru Emil Əhmədov YT Parkda həyata keçirilməsi nəzərdə tutulan “Smart” arı yeşiklərinin istehsalının təşkili” və “LED lampa üçün diod və mikrosxemlərin istehsalının təşkili” layihələri haqqında məlumat verib.

E.Əhmədov “Smart” arı yeşiklərinin istehsalının təşkili” layihəsini təqdim edərək son dövrlərdə dünyada bu sahəyə xüsusi yanaşmaların irəli sürüldüyünü, bal istehsalı və artımına nail olunması üçün arıçılıq təsərrüfatında texnoloji həllərə ehtiyacın artdığını qeyd edib.

E.Əhmədovun sözlərinə görə, arı yeşiklərində yerləşdirilən sensorlar məlumatları mobil telefona və ya birbaşa kompüterə ötürmək imkanına malikdir. Bildirib ki, bu proseslərə bulud sistemi vasitəsilə vahid mərkəzdən nəzarət etmək mümkün olacaq.
Популярный ролик