Baş Prokurorluğun adından saxta hesablar yaradan şəxslərə xəbərdarlıq edilib

Baş Prokurorluğun adından saxta hesablar yaradan şəxslərə xəbərdarlıq edilibBaş Prokurorluğun adından saxta hesablar yaradan şəxslərə xəbərdarlıq edilib.

Bu barədə Telexeber.az-a qurumun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən sosial şəbəkələr və kütləvi informasiya vasitələri üzrə aparılan daimi monitorinq nəticəsində feysbuk sosial şəbəkəsində qurumun və bəzi tabe rayon (şəhər) prokurorluqlarının adından feyk (saxta) hesabların açılması müəyyən edilib.

Qeyd edilib ki, Baş Prokurorluğun mavi nişan (blue sign) vasitəsi ilə təsdiqlənmiş feysbuk, instaqram, yutub, teleqram sosial şəbəkərindəki rəsmi səhifələrindən başqa hər hansı digər hesabları mövcud deyildir: "Odur ki, vətəndəşlarımızdan ayıq-sayıq olmaqla yalnız rəsmi sosial media səhifələrimizi izləməyi tövsiyə edirik.

Eyni zamanda, dövlət qurumlarının adından saxta hesabların yaradılmasının yolverilməzliyi barədə xəbərdar etməklə bu kimi neqativ hallara yol vermiş şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulan tədbirlərin görüləcəyi bildirilir".

Baş Prokurorluğun sosial şəbəkələrdəki rəsmi səhifələri:
Feysbuk səhifəsi – (link: https://www.facebook.com/prokurorluq/)
İnstaaram səhifəsi – (link: https://www.instagram.com/prokurorluq/)
Teleqram kanalı – (link: https://t.me/prokurorluq)
Tviter səhifəsi – (link: https://twitter.com/prokurorluq )
Популярный ролик