"Bilmirəm, nəyə görə bu xəstəliyə tutuldum" - Ağır xəstəliyə tutulan Tağı Əhmədov
- 02.02.2022, 09:44,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
“1,5 ildən artıqdır ki, ayaqlarım tutulub”.
Telexeber.az xəbər verir ki, bunu "Qaynarinfo"ya açıqlamasında "Bakı metropoliteni"nin sabiq rəisi Tağı Əhmədov deyib.
Keçmiş rəis səhhətinin çox pis olduğunu bildirib:
“İlyarımdır yeriyə bilmirəm. Bilmirəm, nəyə görə bu xəstəliyə tutuldum. Xəstəliyimin konkret diaqnozu “Miyelit”dir (onurğa-beyin iltihabı)”.
Tağı Əhmədov vurğulayıb ki, xaricdən Bakıya yenicə qayıdıb:
“Bir ildir Türkiyədə müalicə olunurdum. Almaniyaya da getdim. Xeyri yoxdur. Həkim olsaydı, məni sağaldardı. Həkim yoxdur. Olsaydı, konkret müalicəmi deyərdi”.