Avara və dilənçiliklə məşğul olan 22 nəfər saxlanılıb

Avara və dilənçiliklə məşğul olan 22 nəfər saxlanılıbGəncədə avara və dilənçiliklə məşğul olan 22 nəfər saxlanılıb.

Bu barədə Telexeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşları tərəfindən şəhər ərazisində avara və dilənçiliklə məşğul olan 22 nəfər, o cümlədən 4 kişi, 11 qadın və 7 azyaşlı saxlanılıb.

Onlarla profilaktiki söhbətlər aparılıb, xəbərdarlıq edildikdən sonra yaşadıqları rayona göndəriliblər.
Популярный ролик