Bağça müəllimləri də imtahan verəcəklər
- 16.02.2022, 12:12,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Bağça müəllimlərinin işə qəbulu imtahanla keçiriləcək.
Telexeber.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bu gün keçirilən onlayn brifinqdə məlumat verib. Onun sözlərinə görə, bunun üçün artıq mexanizm hazırlanır:
"Bağça müəllimlərinin işə qəbulunun həyata keçirilməsi üçün mexanizmlər hazırlanır. Yeni qaydalar haqqında ictimaiyyətə məlumat veriləcək. Yeni mexanizmə uyğun bunu obyektiv və ədalətli formada həyata keçirmək nəzərdə tutulur”.