Güclü qar talvarı uçurdu, sakinlər köməksiz qaldı - VİDEO

Güclü qar talvarı uçurdu, sakinlər köməksiz qaldı - VİDEOGüclü qar səbəbindən İsmayıllı rayonunun Basqal qəsəbəsində vətəndaşa məxsus fərdi yaşayış evinin qarşısındakı talvar çökərək evin giriş hissəsini bağlayıb və sakinlər evdə köməksiz vəziyyətdə qalıb.

Telexeber.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, çağırış ünvanına FHN Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaş Kazımov Əbülfəz Həsən oğluna məxsus fərdi yaşayış evinin qarşısındakı talvarın yağan qarın ağırlığına tab gətirməyərək çökməsi nəticəsində evin giriş-çıxışının bağlanması və evdə 2 nəfərin köməksiz vəziyyətdə qalması müəyyən edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif avadanlıqlardan istifadə olunmaqla fərdi yaşayış evinə bitişik tikilmiş ümumi sahəsi 35 kv.m olan talvar sökülərək evə giriş-çıxış bərpa olunub və evin sahibi və həyat yoldaşı xilas olunub.
Популярный ролик