Vilayət Eyvazov əfsanəvi partizanın nəvəsinə yeni VƏZİFƏ VERDİ
- 20.04.2022, 11:53,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Daxili işlər orqanında kadr dəyişikliyi olub.
Telexeber.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Xəzər Cəbrayılov Oğuz Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi təyin olunub.
Qeyd edək ki, o, İkinci Dünya müharibəsində azərbaycanlı döyüşçü, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun nəvəsidir.