Rus polisi azərbaycanlını adının mənasına görə saxladı
- 31.05.2022, 08:38,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Rusiyanın paytaxtı Moskvanın hava limanında "Ya Zamir" ("Я Замир", tərc.: Mən Zamirəm-red) yazılı plakat tutan Azərbaycan vətəndaşı Rusiya Silahlı Qüvvələrini nüfuzdan salma şübhəsi ilə saxlanılıb.
Telexeber.az Report-a istinadən xəbər verir ki, bu barədə rusiyalı jurnalist Viktor Şenderoviç feysbuk hesabında yazıb.
Məlumata görə, Rusiyanın hüquq-mühafizə orqanları onun bu yazısını sülhə çağırış ("Я за мир", tərc.: "Mən sülh tərəfdarıyam") kimi başa düşdüyü üçün saxlayıb. Saxlanılan azərbaycanlının adının Zamir olması müəyyən ediləndən sonra o, sərbəst buraxılıb.