Müharibəyə etiraz edən rusiyalı jurnalist işlə təmin olundu

Müharibəyə etiraz edən rusiyalı jurnalist işlə təmin olunduAlmaniyanın nüfuzlu “Die Welt” qəzeti Rusiya dövlət televiziyasının canlı yayımında Ukraynadakı müharibəyə etiraz edən jurnalist Marina Ovsyannikovanı işlə təmin edib.

Telexeber.az xəbər verir ki, rusiyalı jurnalist nüfuzlu qəzetdə müxbir kimi işləyəcək. Məlumata görə, 43 yaşlı jurnalist həm də “Die Welt” telekanalı üçün Ukrayna və Rusiyadan reportajlar hazırlayacaq.
Qeyd edək ki, ötən ay “Pervıy kanal”da yayımlanan “Vremya” xəbərlər proqramında Marina Ovsyannikova spikerin arxasına keçərək, “Müharibəyə yox” sözlərinin yazıldığı plakat açıb.
Популярный ролик