Bakıda çoxmərtəbəli binanın lifti QIRILDI - Yaralananlar VAR
- 18.06.2022, 11:21,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakıda hündürmərtəbəli binanın lifti qırılıb.
Telexeber.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün paytaxtın Nizami rayonunda qeydə alınıb.
“Yeni Ev 7” MTK-ya məxsus binada lift qırılaraq şaxtaya çırpılıb.
Nəticədə liftin içərisində olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.