Bakıda polis ehtiyatsızlıqdan özünü güllələdi
- 20.06.2022, 16:28,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Bu gün səhər saat 6 radələrində Səbail Rayon Polis İdarəsinin əməkdaşı Elçin Qurbanov gecə növbəsində xidmətdə olarkən tabel silahı ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində xəsarət alıb.
Bu barədə Telexeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, o, dərhal xəstəxanaya çatdırılaraq həkimlərin nəzarətinə verilib.
Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir və həyatı üçün təhlükə yoxdur.