Bakıda binaların seysmik qiymətləndirilməsinə türkiyəli mütəxəssislər cəlb olunacaq

Bakıda binaların seysmik qiymətləndirilməsinə türkiyəli mütəxəssislər cəlb olunacaqTürkiyə Respublikasının Ondokuz Mayıs Universitetinin İnşaat bölümünün rəhbəri, professor Azər Qasımzadə iyulun 4-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində olub.

Bu barədə Telexeber.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.


RSXM-nin Baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə keçirilən görüşdə Bakı şəhərində binaların seysmik təhlükəsizliyinin qiymətləndirilməsinə dair müzakirələr aparılıb.

Görüşdə seysmik təhlükəsizliyin qiymətləndirilməsi ilə bağlı birgə Monitorinq Mərkəzinin yaradılmasına dair təklif də irəli sürülüb.

Həmçinin tərəflər birgə əməkdaşlığın digər istiqamətləri və perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
Популярный ролик