Pərviz Şahbazov OPEC-in rəhbərinin vəfatı ilə bağlı başsağlığı verib
- 06.07.2022, 13:54,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

“Ən mürəkkəb dövrdə neft bazarının tənzimlənməsində əvəzsiz xidmətləri olan əziz dostum M.S.Barkindonun vəfatı məni çox kədərləndirdi”.
Telexeber.az xəbər verir ki, bunu Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC)-in baş katibinin vəfatı ilə bağlı başsağlığı verən energetika naziri Pərviz Şahbazov deyib.
Ətraflı
O, qeyd edib: “Onun tərcümeyi-halı OPEC-in tarixçəsi oldu. OPEC ilə həmyaşıd olması, təşkilatın intibahının onun Baş katibliyi illərinə təsadüf etməsi, OPEC-dəki və həyatdakı missiyasını eyni vaxtda başa vurması nadir rast gəlinən qanunauyğunluq idi.
Allah rəhmət eləsin!”