Evlərdən 23 min manatlıq oğurluq edən şəxs saxlanılıb
- 22.07.2022, 14:10,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda evlərdən 23 000 manatlıq oğurluq edilib.
Bu barədə Telexeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pirşağı qəsəbəsindəki evlərin birindən 4 900 manat pul, 15 100 manat dəyərində noutbuk, geyim və məişət əşyaları, digər evdən isə 3 000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini S.Əliyev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.