
Sosial təminat növləri üzrə ödənişlərdə artım dinamikası davam edir.
Bu barədə Telexeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 7 ayda pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə 3 mlrd. 823 mln. manat ödənilib.
Belə ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin 7 ayı ərzində pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 3 mlrd. 823 mln. manat vəsait ödənilib.
Bu da ötən ilin eyni dövrünə nisbətən 9,3 faiz və ya 324,3 mln. manat çoxdur.