Tanınmış bloqçunun maşınından oğurluq edən şəxs tutulub - RƏSMİ
- 31.08.2022, 11:16,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakıda bloqçu Nail Kəmərlinin avtomobilindən oğurluq edən şəxs tutulub.
Telexeber.az xəbər verir ki, bloqçu Nail Kəmərlinin avtomobilindən oğurluq etməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü, əvvələr oğurluq əməllərinə görə məhkum olunan Əli Kazımov polisin keçirdiyi tədbirlərlə müəyyən olunaraq tutulub.
DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, oğurlanan fotoaparatın zərərçəkmişə qaytarılması təmin olunacaq.