Bakıda 19 yaşlı gənc qətl törədib
- 01.09.2022, 10:18,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakıda 19 yaşlı gənc qətl törədib.
Telexeber.az bu barədə Baş Prokurorluğa istinadən xəbər verir.
Belə ki, avqustun 31-i saat 04 radələrində Nərimanov rayonu, Qarabağ küçəsində 1989-cu il təvəllüdlü Ceyhun Sədyarovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 2003-cü il təvəllüdlü Ömər Cəfərlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Ceyhun Sədyarovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ömər Cəfərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq tədbirləri davam etdirilir.