Valideynlər yeni formaları almalıdır? - Nazirlik deyir məcburi deyil, məktəblər isə tələb edir

Valideynlər yeni formaları almalıdır? - Nazirlik deyir məcburi deyil, məktəblər isə tələb edirMəlum olduğu kimi, Azərbaycanda vahid məktəbli formaları ilə bağlı Nazirlər Kabineti mart ayında qərar imzalayıb. Qərarda qeyd edilir ki, bu formalar 2022/2023-cü tədris ili üçün nəzərdə tutulmayıb. Yəni bu il sentybarın 15-dən məktəblilər əvvəlki formalarını geyinə bilərlər.

Geyimlər isə Bakı Tikiş Evi tərəfindən hazırlanır. Tikiş Evindən verilən məlumata görə, yeni formaların istehsalına gec başlandığı üçün tədris ilinin başlanmasına qədər geyimlərin çatdırmaqda çətinliklər yaranıb. Bu səbəbdən bu il yuxarı siniflər üçün məktəbli formaları tikilməyəcək. Bu il yalnız ibtidai siniflər üçün geyimlər tikilir.


Telexeber.az xəbər verir ki valideynlər narazılıq edirlər ki, məktəblər yeni məktəbli formalarının alınmasını tələb edir. Hətta bu səbəbdən artıq formaların satıldığı "Bravo" mağazalarında növbələr yaranıb. Bu hal təkcə paytaxtda yox, regionlarda da baş verir.

Elm və Təhsil Nazirliyi isə məktəblilər üçün yeni geyim formalarının alınması ilə bağlı valideynlərin narazılıqlara münasibət bildirərkən deyib ki, yeni tədris ilinin sonunadək formaların dəyişdirilməsi məcburi deyil.

Nazir Emin Əmrullayev bu gün də bildirdi ki, bu il köhnə məktəbli formaları istifadə edilə bilər. Əgər məktəb tərəfindən hər hansı məcburiyyət varsa, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, eləcə də regional təhsil idarələrinə müraciət edilməlidir:

"Köhnə formaları birmənalı olaraq istifadə edə bilərlər. Elm və Təhsil Nazirliyi formaların tikişi, satışı ilə məşğul olmur. Biz yalnız həmin formaların nümunəvi qaydada olmasına nəzarət edirik. Təbii ki, burada məcburiyyət yoxdur. Bu, məktəb kollektivi və təhsil ocağının qərarı olmalıdır. Ümumilikdə, vahid geyim formalarının olmasını məqsədəuyğun hesab edirik. Əgər məktəbli formaları ilə bağlı məcburiyyət halı və faktı olsa, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, eləcə də regional təhsil idarələrinə müraciət edilsin. Bu halda məsələyə baxıla və ölçü götürülə bilər".
Популярный ролик