Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində, Sarıyer bölgəsində yerləşən ticarət mərkəzinin kafesində silahlı insident olub. Nəticədə 5 nəfər yaralanıb. Onlardan 4-ü Azərbaycan, 1-i İran vətəndaşıdır. Belə ki, yaralanan Rakif Əliyev, Mahrec Kərimov, Azər Amanov, Qulam İbrahimov hazırda Seyrantepe Hamidiye Etfal Eğitim ve Araştırma Xəstəxanasında müalicə olunurlar.