Cəlilabadda uzunluğu 36 kilometr olan yollar təmir edilir - VİDEO

Cəlilabadda uzunluğu 36 kilometr olan yollar təmir edilir - VİDEOAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Cəlilabad rayonunda 14 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 36,2 kilometr, eni ortalama 10 metr olan yolları yenidən qurur.

Telexeber.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.


Məlumata görə, rayonun Təklə-Abazallı, Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı, Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı, Şiləvəngə-Adnalı-Bədirli marşrutu üzrə kəndlərarası avtomobil yollarını əhatə edən layihə çərçivəsində: Şiləvəngə-Adnalı-Bədirli və Təklə-Abazallı hissələrində torpaq işləri, suötürücü boruların quraşdırılması, yol əsasının tikintisi yekunlaşıb. Sözügedən hissələrdə növbəti mərhələ üzrə asfaltlanma, yol çiyinlərinin bərkidilməsi işləri tam olaraq yerinə yetirilib.

Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı və Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı kənd yollarında aparılan torpaq işləri yekunlaşıb. Yolun Təklə kəndi ərazisində yerləşən mövcud 54 metrlik 3 aşırımlı körpünün layihə üzrə nəzərdə tutulan təmiri başa çatıb.

Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılacaq.
Популярный ролик