I sinif və məktəbəhazırlıq qruplarına qeydiyyat bu gün yekunlaşır
- 14.09.2022, 09:54,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Bu gün saat 18:00-da mektebeqebul.edu.az elektron sistemində 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə və məktəbəhazırlıq qruplarına uşaqların qəbulu prosesi yekunlaşdırılacaq.
Elm və Təhsil Nazirliyindən Telexeber.az-a verilən xəbərə görə, elektron sistemdə qeydiyyat etməyən valideynlər göstərilən tarixədək övladlarının qeydiyyatını etməli və müvafiq ümumi təhsil müəssisəsinə sorğu yerləşdirməlidirlər.