Azərbaycanda dəhşətli qəza: 10 nəfər YARALANDI
- 19.10.2022, 10:47,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Siyəzən rayonunda mikroavtobusun aşması nəticəsində 10 nəfər yaralanıb.
Telexeber.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun rayonun Zarat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 10 sərnişin Siyəzən Rayon Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb.
Hazırda yaralıların kimliyi və hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.