Xaçmazda ağır qəza - Yaralılar var
- 21.10.2022, 09:24,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Xaçmaz şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Telexeber.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Yüksək sürətlə hərəkət edən “Opel” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Qəza nəticəsində maşında olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.