Avtobusun yolunu kəsərək xuliqanlıq edən sürücü saxlanıldı - FOTO
- 04.11.2022, 10:03,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində hərəkətdə olan “BakuBus” MMC-yə məxsus avtobusun yolunu kəsərək sürücüyə qarşı xuliqanlıq hərəkətləri edən “Toyota Corolla” markalı avtomobilin sürücüsü polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək saxlanılıb.
Telexeber.az xəbər verir ki, bu haqda DİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sürücünün etdiyi xırda xuliqanlıq hərəkətinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən inzibati protokol tərtib olunub, avtobusa vurduğu 980 manat maddi ziyanın ödənilməsi təmin olunub.
