Tovuzda qətl - Qadın bıçaqlanaraq öldürüldü
- 16.11.2022, 11:43,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Noyabrın 15-i saat 22 radələrində Tovuz rayonunun Aşağı Öysüzlü ərazisində 1985-ci il təvəllüdlü Ramilə Rüstəmovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Tovuz rayon Prokurorluğundan Telexeber.az-a verilən xəbərə görə, aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri, 1987-ci il təvəllüdlü Xaliq Rüstəmovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Ramilə Rüstəmovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Xaliq Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.