“Uşaqpulundan yayınmaq lazım deyil” - Deputatdan nazirə cavab
- 18.11.2022, 09:53,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
“Komitə iclasında nazir Sahil Babayev bildirdi ki, 600 min uşağa müavinət veririk, ona görə də uşaqpulu verməyə ehtiyac yoxdur”.
Telexeber.az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vahid Əhmədov bildirib.
Deputat nazirə cavabında deyib: “Amma biz belə hesab etmirik. Biz bilmək istəyirik ki, həmin 600 min uşağın siyahısına kimlər aiddir, bunun strukturunu bildirmək lazımdır. Bunu əsas gətirərək, uşaqpulundan yayınmaq lazım deyil, uşaqpulu verilməlidir”.
Qeyd edək ki, Milli Məclisin komitə iclaslarında uşaqpulunun verilməsi məsələsi gündəmə gətirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deputatların təklifinə dolayısı ilə "yox" deyib.
"Bu gün 600 min uşaq dövlətdən müəyyən müavinətlər alır. Bizim əsas qayəmiz həssas qrupa daxil olan uşaqların dövlətdən müəyyən müavinət almasıdır. Sağlamlıq imkanları məhdud olan uşaqlara, həmçinin həssas qrupa daxil olanlara həmin müavinət verilir. Həssas kateqoriyadan olan uşaqlara dəstək vermək bizim əsas hədəflərimizdən biridir", - nazir uşaqpulunun verilməməsini belə əsaslandırıb.