“ADY Express” bu il 1 milyon tondan çox Qazaxıstan mənşəli yük daşıyıb
- 24.11.2022, 08:48,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Bu ilin 10 ayı ərzində "Azərbaycan Dəmir Yolları" ASC-nın törəmə şirkəti “ADY Express” MMC Qazaxıstan mənşəli yükdaşımaları hər iki istiqamətdə 1 milyon tondan çox olub.
Telexeber.az “ADY Express”ə istinadən xəbər verir ki, 2021-ci ildə "ADY Express"in bu istiqamətdə daşıdığı yüklərin miqdarı ümumilikdə 125 min tondan bir az çox olub, hazırda Qazaxıstanla bağlı yükdaşımalar 8 dəfə artıb. İlin sonuna qədər isə bu göstəricinin 9-10 dəfə artacağı proqnozlaşdırılır.
Bu ilin 10 ayı ərzində "ADY Express" Qazaxıstandan 950 min tona yaxın yük nəql edib ki, bunun 96 %-i tranzit yüklərin payına düşüb.
Eyni dövr ərzində "ADY Express" Qazaxıstana 100 min tona yaxın yük daşımağa nail olub.
Qeyd edək ki, Qazaxıstandan yüklər 2 marşrutla - Xəzər dənizi vasitəsi ilə və quru yolla Samur-Yalama keçidindən istifadə etməklə nəql edilir.