Peşəkar özbəkistanlı kosmetoloq Gülçöhrə Abdullayeva "Global Health Awards" layihəsində təltif edildi
- 25.11.2022, 09:02,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
İllərin yorğunluğu bədənimizin ən çox təsirə məruz qalan hissəsi olan üzümüzdə görünür. Üzümüzdəki yorğunluq, qırışlar və qocalmanın təsirlərini əməliyyatsız estetik prosedurlarla belə silmək olduqca sadədir. Bu sahədə öz işinin peşəkarı olan Gülçöhrə Abdullayeva Özbəkistanın peşəkar kosmetoloqları sırasında yerini qorumağa davam edir.
Gülçöhrə Abdullayeva 2002-ci ildə mama-ginekologiya ixtisası üzrə tibb fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tibb təhsilini başa vurduqdan sonra 5 il müddətində mama-ginekoloq kimi çalışıb və paralel olaraq 2002-ci ildən kosmetoloq ixtisası üzrə təhsil alıb. Artıq 20 ildir ki, kosmetologiya sahəsində olan Gülçöhrə Abdullayeva həyata keçirdiyi kosmetoloji prosedurlarla adından söz etdirməyi bacarır. O, ötüb keçən illərin verdiyi təcrübəyə əsaslanaraq kosmetologiyada analoqu olmayan özünəməxsus texnikalar yaradıb. Özünü təkmilləşdirmək məqsədilə Fransa, Ukrayna kimi Avropa ölkələrində təlimlər keçən kosmetoloq eyni zamanda bu sahədə gələcəyin mütəxəssislərini yetişdirir. Onun əl işlərindən yararlanmaq üçün bu gün dünyanın bir çox yerinlər xanımlar Özbəkistana gəlir. Gülçöhrə Abdullayeva eyni zamanda süd vəzi müayinəsi və müalicəsi üzrə ixtisaslaşmış "CM Clinic" klinikasının təsisçisidir. Etibarlı kadrları ilə "CM Clinic" klinikasında son texnologiya cihazlarla yüksək xidmətlər göstərilir.
Gələcək planlarından danışan iş xanımı deyir:
“Bu günə qədər ən böyük nailiyyətim, uğurlu kosmetoloq olmaqla, bir çox insanların gəncliyini, gözəlliyini və özünə inamını qaytarmaq olub. Bu uğurun nəticəsi olaraq növbəti planım estetik kosmetologiya mərkəzi açmaqdır”.
Qeyd edək ki, peşəkar kosmetoloq həm də bir çox beynəlxalq seminar və konfransların iştirakşısıdır.
Gülçöhrə Abdullayeva 30 oktyabr 2022-ci ildə Global Health Awards layihəsində ilin “The Professional Cosmetologist” nominasiyasına layiq görülüb.