Oğuzda bir ay əvvəl ağacdan yıxılan vəzifəli şəxs öldü - FOTO
- 29.11.2022, 10:00,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Oğuzda bir ay əvvəl ağacdan yıxılan icra nümayəndəsinin müavini dünyasını dəyişib.
Telexeber.az Report-a istinadən xəbər verir ki, Oğuz rayon Qumlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini, 1981-ci il təvəllüdlü Qüdrət Qürbət oğlu İsrafilov bu gün günorta saatlarında anidən vəfat edib.
Məlumata görə, 41 yaşlı Q.İsrafilov 1 ay öncə kənd ərazisində ağacdan yıxılıb. Daha sonra o, cərrahi əməliyyat olunub.