Azərbaycanda kişi həyat yoldaşını bıçaqlayıb
- 19.12.2022, 08:37,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Bu gün Kürdəmir rayonunda bıçaqlanma hadisəsi olub.
Telexeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, rayon sakini 1968-ci il təvəllüdlü Əflatun Kərimov münaqişə zəminində 1977-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Qadın xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları tərəfindən Ə.Kərimov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.