Salyanda avtomobil 2 azyaşlı vurdu - Biri öldü
- 19.12.2022, 08:54,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Salyan rayonunda avtomobil 2 azyaşlını vurub, onlardan biri ölüb.
Telexeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Salyan sakinləri, 2007-ci il təvəllüdlü Abbasov Əfqan Yamin oğlu və 2010-cu il təvəllüdlü Abbasov Murad Samir oğlunu vurub.
Abbasov Əfqan aldığı xəsarətlərdən xəstəxanada ölüb, Abbasov Murad isə Salyan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.