“AYDA tərəfindən Azərbaycanda ilk ödənişli yolun açılışı təmin ediləcək. Ondan sonra Bakı-Quba istiqamətində beton yolun lokal sıradan çıxmış hissələri təmir olunub vətəndaşların istifadəsinə veriləcək”.
Telexeber.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıqlama verib.
O ki qaldı qiymətlərə, Saleh Məmmədov bildirib ki, tariflər yük maşınları, sərnişin avtobusları, minik avtomobilləri, qoşqular və digər nəqliyyat vasitələri üçün ayrı hesablanacaq. Onun sözlərinə görə, tariflər artıq təqdim olunub. Tezliklə müvafiq sərəncamların veriləcəyi gözlənilir.
Agentlik rəsmisi qeyd edib ki, sözügedən yolda giriş-çıxış məntəqələrinin tikintisi başa çatıb, ödəniş terminalları və turniketlər quraşdırılıb. Yol üzərində bir neçə yerdə yük avtomobilləri üçün tərəzi məntəqələri quraşdırılıb.