FHN mənzildə tapılan 4 meyitlə bağlı MƏLUMAT YAYDI

FHN mənzildə tapılan 4 meyitlə bağlı MƏLUMAT YAYDIBu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda mənzillərin birində giriş qapısının açılmaması səbəbindən xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Telexeber.az-a verilən məlumata görə, dərhal əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə edərək dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açıblar. Mənzildə 4 nəfərin meyiti aşkar olunub.
Популярный ролик