Bakıda mənzildə 64 yaşlı qadının meyiti tapılıb
- 17.08.2021, 10:10,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Telexeber.az-a FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Rəhimova Zümrüd Salman qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.