Azərbaycanlı müğənni ölüm ayağındadır: "Bir-iki günə hər şey dəqiqləşəcək" - FOTO
- 02.02.2023, 09:17,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Bir neçə gündür xəstəxanaya yerləşdirilən Xalq artisti Nazpəri Dostəliyevanın bacısı, müğənni Zeynəb Dostəliyevanın vəziyyəti ağırlaşıb.
Telexeber.az xəbər verir ki, Xalq artisti Lent.az-a açıqlamasında bildirib ki, bacısı hazırda reanimasiyadadır və vəziyyəti ağır olaraq qalır:
“Az əvvəl xəstəxanadan gəlirəm. Bacımın vəziyyəti ağır olaraq qalır. Həkimlər müalicə edirlər və hələlik yaşayacağına heç bir zəmanət verə bilmirlər. Sadəcə qanında virus yayıldığı üçün qanı qatlaşıb, ürək damarında tromb əmələ gəlib. Hazırda qaraciyər və böyrək transplantasiyasına ehtiyacı var və bir-iki günə hər şey dəqiqləşəcək. Allah köməyimiz olsun”.
Qeyd edək ki, Zeynəb Dostəliyeva daha öncə böyrəyindən müalicə alırdı. Lakin ötən həftə qripə yoluxduğuna görə vəziyyəti ağırlaşıb.