Gülay Zeynallıdan Kamillə bağlı suala REAKSİYA

"Şəxsi həyatım, ailəm mənə aiddir. Heç kimə aid deyil. Qoy, hər zaman sənətimdən, gördüyüm işlərdən danışsınlar. İnsanlara maraqlı deyil kiminsə şəxsi həyatı, kim nə etdi, nə iş gördü".

Telexeber.az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı "Şou-xəbər" verilişində deyib. İfaçı idmançı Kamil Zeynallı ilə ayrılmaları xəbərlərinə belə münasibət bildirib:


"Nə yaxşı ki, o insan övladımın atasıdır. Kamili hamı tanıyır. Azərbaycanda iki məşqçi varsa, onlardan biri Kamil Zeynallıdır. Həm işi, həm də elədiyi yaxşı əməllər baxımından".

Qeyd edək ki, Gülay və Kamil Zeynallı cütlüyünün Sahilə adlı qız övladı var.
Популярный ролик