Enerji içkiləri ilə bağlı XƏBƏRDARLIQ

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu günə qədər enerji içkisi olan məhsulların dövriyyəsinin tənzimlənməsi, habelə enerji içkisi olmayan məhsulların enerji içkisi kimi satılması ilə bağlı genişmiqyaslı nəzarət-yoxlama tədbirləri həyata keçirib.

Bu barədə Telexeber.az-a AQTA-dan məlumat verilib.
Bildirilib ki, ancaq buna baxmayaraq, hələ də kütləvi yayım vasitələrində enerji içkisi olmayan məhsulların enerji içkisi kimi təbliğatı və bununla da istehlakçıların aldadılması hallarına rast gəlinir.

AQTA xəbərdarlıq edir ki, kütləvi yayım vasitələrində enerji içkisi olmayan məhsulların enerji içkisi təəssüratı yaratmaqla təbliğat tədbirlərinin aparılması aşkar olunarsa, həmin enerji içkilərinin istehsalı və dövriyyəsi ilə əlaqədar daha sərt tənzimləmə mexanizmləri tətbiq olunacaq və bu cür hallara yol verən şirkətlərlə bağlı inzibati tədbirlər görüləcəkdir.
Популярный ролик