Bakıda orta aylıq əməkhaqqı artdı
- 30.05.2025, 11:23,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

2025-ci ilin yanvar-mart aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,1 faiz artaraq 1357,3 manat təşkil edib.
Telexeber.az bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 1083,8 manat təşkil edib.