"Saakaşvili skeletə çevrilib, 100 yaşlı kişiyə oxşayır" - FOTO
Facebook
Вконтакте
Одноклассники
Google+
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin anası onun səhhəti barəsində açıqlama yayıb.
Telexeber.az xəbər verir ki, Saakaşvilinin anası Culi Alasaniya həbsdə saxlanılan oğlunun 100 yaşlı kişiyə bənzədiyini deyib.
“O, skeletə çevrilib və ayağa qalxanda onurğası tamam əyilir, 100 yaşlı adam kimi çətinliklə yeriyir, yemək yeyir... Problem ondadır ki, o, yemək qəbul edir, amma görünür, orqanizm onu həzm edə bilmir”, - Alasaniya jurnalistlərə bildirib.
O, oğlunun 120 kiloqram çəkisinin yarısını itirdiyini vurğulayıb.