Saakaşvilinin atası xəstəxanaya yerləşdirildi
Facebook
Вконтакте
Одноклассники
Google+

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin atası, tanınmış həkim Nikoloz Saakaşvili infarkt keçirib.
Telexeber.az xəbər verir ki, Saakaşvili Tbilisidə xəstəxanaya yerləşdirilib.
Klinikanın mətbuat xidmətindən verilən məlumata görə, eks-prezidentin atası sabah evə buraxılacaq.
“Nikoloz Saakaşvili yaxşıdır, sabah evə buraxılacaq. Onun haqqında əlavə məlumat verə bilmərik, çünki bu, məxfidir”, - deyə klinikadan bildirilib.
Qeyd edək ki. Nikoloz Saakaşvili bir neçə gün əvvəl KİV vasitəsilə oğluna müraciət edərək aclıq aksiyasını dayandırmasını istəmişdi.