Kanadada kişi millət vəkilləri və fəallar qadınlara qarşı artan zorakılığa diqqət çəkmək üçün parlamentdə etiraz aksiyası keçiriblər.
Telexeber.az xəbər verir ki, çəhrayı rəngli hündürdaban ayaqqabı geyinən deputatlar parlamentdə gəziblər. “Qadınlara qarşı zorakılığa yox” deyən deputatlar, parlamentdə birlikdə yürüş ediblər. Deputatların etirazında rəngli görüntülər qeydə alınıb.