Parlamentdə yeni şöbə və sektor yaradıldı
- 04.05.2020, 08:45,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Parlamentin yeni İcra Hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinə müdir və müavin təyin olunub.
Telexeber.az-ın məlumatına görə, Milli Məclisin Sədri Sahibə Qafarovanın sərəncamı ilə yeni şöbəyə Rüstəm Mahmudov müdir, Teymur Tağıyev isə müavin təyin edilib.
Bundan əlavə, şöbənin nəzdində yeni Mərkəzi və Yerli İcra Hakimiyyətləri ilə iş sektoru yaradılıb. Emin İmanov sektor müdiri təyin olunub.