"PUA-ların hücumu Kiyevin cavabıdır" - Kreml
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən gecə pilotsuz uçuş aparatlarının (PUA) Moskvaya və Moskva vilayətinə hücumu bazar günü Rusiya ordusunun Ukraynada “qərarların qəbul olunduğu mərkəzlərdən birinə” effektiv zərbəsinə Kiyevin cavabıdır.
Telexeber.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Prezident Putinə PUA-ların zərbələri barədə məlumat verilib. Kremlin sözçüsü hakimiyyət orqanlarının yaranmış vəziyyətdə işindən razılıq ifadə edib. D.Peskov Vladimir Putinin PUA-ların hücumu ilə əlaqədar xalqa müraciət etməyəcəyini də vurğulayıb.
Xatırladaq ki, mayın 30-a keçən gecə saat 04:13 radələrindən başlayaraq “Novaya Moskva” yaşayış məntəqəsi, Moskva şəhəri və Moskva vilayətinə 8 PUA hücumu qeydə alınıb. Hadisələr nəticəsində bir neçə yaşayış binasına ziyan dəyib. İnsan tələfatı yoxdur. PUA-ların beşi hava hücumundan müdafiə qurğuları tərəfindən vurulub.