Rusiya "gözəli" rüşvətlə qalib olub: İddia - FOTO

"Miss Rusiya - 2023" müsabiqəsinin qalibi seçilən Nataliya Oskar barədə maraqlı iddia irəli sürülüb.

Telexeber.az Rusiya mediasına istinadən xəbər verir ki, Nataliyanın iş adamı olan ərinin hesabına qalib gəldiyi irəli sürülür. İddia edilir ki, Nataliyanın qalib gəlməsi üçün əri rüşvət ödəyib. Məlumata görə, onun ərinin iri biznesi var. Ailə dəbdəbəli həyat yaşayır. Eyni zamanda ingilis dili müəllimi və model olan Nataliyanın Dubay və Seyşel adalarının bahalı kurortlarında istirahət etməsi diqqət çəkir. Natalya bildirib ki, əri finala bir gün qalmış xaricdən gəlib və masajdan tutmuş mənəvi dəstəyə qədər onun bütün istəkləri ilə məşğul olub. Nataliya Oskar etiraf edib ki, mühüm müsabiqədə qalib gəlmək onun üçün sürpriz olub.


Qeyd edək ki, "Miss Rusiya - 2023" müsabiqəsinin qalibinin Nataliya Oskar seçilməsi birmənalı qarşılanmayıb. Onu təbrik edənlər olsa da, sosial mediada tənqid yazanlar çox olub. Ruslar Natalianın görünüşünə görə bu titula layiq olmadığını irəli sürüb.
Популярный ролик