Alimlər AÇIQLADI: Məşhur əsərdə qiyamətin tarixi yazılıb - FOTO

Əfsanəvi italyan rəssamı Leonardo da Vinçinin məşhur tablosu ilə bağlı maraqlı iddia irəli sürülüb.

Telexeber.az xəbər verir ki, italyan tədqiqatçılar iddia edib ki, Leonardo da Vinçinin İsa Məsihin şagirdləri ilə son yeməyini əks etdirən “Son Şam yeməyi” tablosunda dünyanın sonunun tarixi ilə bağlı proqnoz var.


Əsəri araşdıran tədqiqatçılar iddia edir ki, rəssam proqnozunu şifrəli formada əsərdə qeyd edib. Tədqiqatçılar hesab edir ki, rəssam insanları narahat etməmək üçün məlumatı ipucları formasında diqqətə çatdırıb.

Tədqiqatçılar hesab edir ki, rəssam Məsihin pəncərəsində proqnozu ilə bağlı izlər qoyub. Bu proqnoza əsasən rəssam dünyanın sonunun 21 mart 4006-cı ildə olacağını proqnozlaşdırıb.
Популярный ролик