Əməkdar rəssam vəfat etdi
- 09.02.2022, 11:12,
- Mədəniyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Əməkdar rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Fəxrəddin Əli 83 yaşında dünyasını dəyişib.
Telexeber.az xəbər verir ki, bu barədə Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, sənətkar fevralın 8-də vəfat edib.
Qeyd edək ki, F. Əli 1938-ci il mayın 10-da Zəngəzur mahalının Mehri rayonun Nüvədi kəndində sənətkar ailəsində doğulub. Onlarla yağlı boya ilə çəkilmiş əsərləri respublikada və xarici ölkələrdə nümayiş etdirilib. Sənətkarların əsərlərinə, Azərbaycan muğamlarına çəkdiyi miniatürlər, “Şəhidlər” xalçası, şəxsi portretlər, Türkiyə mövzusunda əsər və bir neçə kitabın müəllifidir. Əsərləri AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, eləcə də ölkəmizdə və xaricdə muzeylərdə saxlanılır.